Bakıda bu yolda sürücülərə xəbərdarlıq: Sürət həddi 20 km/saat azaldıldı
Paytaxtda yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda hərəkət üçün müəyyən edilən sürət həddi aşağı salınıb.
Bakıda yağıntılı hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkəti ilə bağlı yeni məhdudiyyət tətbiq edilib.
Azmedia.Az xəbər verir ki, Zığ dairəsi–Hava Limanı yolunda bütün hərəkət zolaqları üzrə icazə verilən sürət həddi 20 km/saat azaldılıb.
Məlumata görə, sözügedən dəyişiklik yağışlı hava şəraiti nəzərə alınaraq tətbiq olunub.
Bununla yanaşı, sürücülərin diqqətinə yolun sürüşkən olması barədə məlumat çatdırılması məqsədilə məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.
Sürücülərdən yol şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə riayət etmələri xahiş olunub.


