Bakıda məktəbli oğlanı maşın vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb.


