Bakıda məşhur lounge-da qalmaqal - Qadınlar saxlanıldı

Bakıda məşhur lounge-da qalmaqal -

Bakıda məşhur “Buxur” loungeda qalmaqal – xanımlar saxlanıldı.

Azmedia.Az xəbər verir ki, ötən gün Bakıda yerləşən “Buxur” lounge-da müştərilər arasında baş verən kütləvi dava sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə davada bir neçə xanımın da iştirak etdiyi görünür.

Əldə edilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının çəvik müdaxiləsi nəticəsində ictimai asayişi kobud şəkildə pozmaqda və cəmiyyətə açıq hörmətsizlik etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.

Bildirilib ki, saxlanılan xanımlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. Onların sabah Nərimanov Rayon Məhkəməsinə çıxarılacağı gözlənilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.//serhed