Bakıda mühüm təhlükəsizlik toplantısı: TDT ölkələrinin nümayəndələri bir araya gəldi

Bakıda mühüm təhlükəsizlik toplantısı: TDT ölkələrinin nümayəndələri bir araya gəldi

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin beşinci toplantısı keçirilir.

Azmedia.Az xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub.

Toplantıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov sədrlik edir.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanladığı müraciət də diqqətə çatdırılıb.

Görüşdə TDT-yə üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, mövcud və yeni təhdidlərə qarşı birgə fəaliyyətin imkanları, regional və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılır.