Bərdənin raket atəşinə tutulmasından 6 il keçir: 2 nəfər həlak olmuşdu
İkinci Qarabağ müharibəsi zamanı Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulmasının üzərindən 6 il keçir.
Azmedia.Az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin raket hücumu nəticəsində şəhərin mərkəzi küçələri və mərkəzi xəstəxananın yaxınlığı atəşə tutulub.
Raket mərmilərinin yaşayış və insanların hərəkət etdiyi ərazilərə düşməsi nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Hücum nəticəsində şəhərin mülki infrastrukturuna da külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə şəhəri İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5 dəfə – oktyabrın 5-i, 8-i, 27-si, 28-i və noyabrın 7-də atəşə məruz qalıb.
Həmin hücumlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.


