Biləsuvar rayonunda - Bədbəxt hadisə olub
Biləsuvarda tikintidə yıxılan fəhlə ağır xəsarət alıb
Azmedia.Az -ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, ticarət mərkəzində tikinti işində çalışan fəhlələrdən biri, rayon sakini, 1988-ci il təvəllüdlü Vəliyev Anar Fəxrəddin oğlu yıxılıb. O rayon xəsətəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


