"Bolt" taksi sürücüsündən TƏHLÜKƏLİ HƏRƏKƏTLƏR - ANBAAN VİDEO
Paytaxt yollarında "Bolt" taksi şirkətinə məxsus avtomobilin sürücüsü törətdiyi kobud qayda pozuntuları ilə həm sərnişinlərin, həm də digər sürücülərin həyatını təhlükəyə atıb.
Azmedia.Az xəbər verir ki, hadisə anbaan arxa tərəfdə hərəkət edən nəqliyyat vasitəsinin video-reyestri tərəfindən lentə alınıb.
Görüntülərdə aydın şəkildə əks olunur ki, ağ rəngli taksi avtomobilinin sürücüsü tunel daxilində və yoldan çıxış hissəsində yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozaraq təhlükəli manevrlər edir. Digər avtomobillərin hərəkət trayektoriyasına qəfil daxil olan və riskli ötmə əməliyyatları həyata keçirən sürücü, yolda ciddi qəza şəraiti yaradıb.
Sosial şəbəkələrdə paylaşılan bu görüntülər böyük narazılığa səbəb olub və istifadəçilər "Bolt" şirkətinin öz sürücülərinə nəzarəti gücləndirməli olduğunu, həmçinin yol polisinin bu faktla bağlı qanuni tədbir görməsinin zəruriliyini vurğulayıblar.//32gun


