Çempionlar Liqasında böyük sınaq: “Sabah” İsraildə meydana çıxır
Azərbaycan futbolunun təmsilçisi “Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Azmedia.Az xəbər verir ki, “Sabah” pley-off mərhələsinin ilk qarşılaşmasında İsrailin “Hapoel Beer-Şeva” klubunun qonağı olacaq.
Qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tərəflər arasında cavab oyunu isə 25 avqust saat 20:45-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
“Sabah” bu mərhələni uğurla keçəcəyi təqdirdə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizəsini davam etdirəcək.


