Gəncə şossesində zəncirvari yol qəzası baş verib
Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Azmedia.Az-ın məlumatına görə, hadisə şəhərin Gəncə şossesində baş verib.
İlkin məlumata əsasən, "Mercedes", "VAZ-21015" və "Nissan" markalı avtomobillərin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


