Goranboy sakini Mingəçevirdə çimərlikdə boğulub
Goranboy sakini Mingəçevirdə çimərlikdə çimərkən boğulub.
Azmedia.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Mingəçevir su anbarı ərazisindəki əsas çimərlikdə baş verib. 24 yaşlı Goranboy rayon sakini Şəhriyar Mustafayev çimərkən boğulub. Dalğıc xilasedicilər onu çıxarsa da gəncin həyatını xilas etmək mümkün olmaylb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


