İlham Əliyev və Şavkat Mirziyoyev ailə üzvləri ilə Buxaranın tarixi abidəsini ziyarət ediblər
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, birinci xanımlar Mehriban Əliyeva və Ziroatxon Mirziyoyeva Buxarada tarixi-memarlıq abidəsi olan İsmayıl Samani türbəsi ilə tanış olublar.
Azmedia.Az xəbər verir ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsini ziyarət ediblər.
Azərbaycan və Özbəkistan dövlət başçıları və birinci xanımlarına türbənin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verilib.
Qeyd edək ki, İsmayıl Samani türbəsi Buxaranın mühüm tarixi-mədəni irs nümunələrindən biri hesab olunur.
Məlumat Prezidentin Mətbuat Xidməti tərəfindən yayımlanıb.


