İlham Əliyev Xəzərin gələcəyi ilə bağlı danışdı: Bu, bütün sahilyanı ölkələrin ortaq məsuliyyətidir

İlham Əliyev Xəzərin gələcəyi ilə bağlı danışdı: Bu, bütün sahilyanı ölkələrin ortaq məsuliyyətidir

Xəzər dənizinin unikal təbii mühitinin qorunması sahilyanı dövlətlərin birgə fəaliyyətini tələb edir. Prezident İlham Əliyev bu məsələyə Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində toxunub.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində təşkil olunan Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edərkən Xəzər dənizinin nadir ekosisteminin mühafizəsinin bütün sahilyanı ölkələr üçün ümumi vəzifə olduğunu bildirib.

Dövlət başçısı son illər ərzində Xəzəryanı dövlətlər arasında bu sahədə geniş hüquqi bazanın formalaşdırıldığını diqqətə çatdırıb. O, Azərbaycanın beş sahilyanı dövlətin imzaladığı beynəlxalq hüquqi sənədlərin demək olar ki, hamısına qoşulduğunu vurğulayıb.

İlham Əliyev 2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini də qeyd edib. Prezidentin sözlərinə görə, həmin sənəd beş Xəzəryanı dövlətin uzun illər ərzində apardığı birgə işin nəticəsidir.