Kambocanın Baş naziri Bakıya gəldi – Hava limanında qarşılandı

Kambocanın Baş naziri Bakıya gəldi – Hava limanında qarşılandı

Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın hökumət və xarici siyasət rəsmiləri qarşılayıblar.

Azmedia.Az xəbər verir ki, Hun Manet oktyabrın 11-də Azərbaycana səfər edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, hər iki ölkənin dövlət bayraqları dalğalanıb.

Hun Manet və həyat yoldaşı Piç Çanmoni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər tərəfindən qarşılanıblar.