"Kontakt Home"a basqın edib arvadını BIÇAQLADI

"Kontakt Home"a basqın edib arvadını BIÇAQLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Azmedia.Az xəbər verir ki, dövlət ittihamçısı təqsirləndirilən Fəxrəddin Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 5 avqust saat 15:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 2-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib. Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çatıb kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək, öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Fəxrəddin Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib.//lent