Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan 26 yaşlı şəxs saxlanıldı
Mingəçevirdə 44 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Mingəçevir şəhər sakini, 44 yaşlı Elşad Məmmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 26 yaşlı Əvəz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


