Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan küləkli havanın bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

Azmedia.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli hava davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.