Lökbatan–Güzdək yolunda yeni körpü tikildi – hərəkət bərpa olundu
Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrində nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni körpü inşa olunub.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikilən bir aşırımlı körpü sel sularının zədələyərək qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində inşa edilib.
Aparılan tikinti və bərpa işləri nəticəsində həmin ərazidə yol hərəkətinin təhlükəsizliyi təmin olunub, nəqliyyat əlaqəsi isə tam şəkildə bərpa edilib.
Qeyd edək ki, işlər Azərbaycan Prezidenti tərəfindən imzalanmış müvafiq Sərəncama uyğun olaraq həyata keçirilib.


