Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü tapılıb

Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü tapılıb

Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb. 

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumatına görə hadisə Kür mehmanxanasının köhnə binasında qeydə alınıb. Burada keçmiş köçkün olaraq müvəqqəti məskunlaşmış 1999-cu il təvəllüdlü Murad Şirinov yaşadığı mənzildə ölmüş vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az