Mingəçevirdə ağac iki avtomobilin üzərinə aşdı- FOTO
Mingəçevirdə qəfil aşan ağac iki avtomobilə ziyan vurub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Azmedia.Az xəbər verir ki, hadisə az öncə Mingəçevir şəhərində, Aydın Məmmədov və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən işıqforun yaxınlığında baş verib.
Belə ki, qəfil qopan ağac yolda hərəkətdə olan iki minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib.
Ağacın yola aşması səbəbindən ərazidə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət yaranıb.
Qeyd edək ki, Hadisə yerinə gələn Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları aşmış ağacı ərazidən götürərək qəzanın fəsadlarını aradan qaldırıblar.
Ehtiram Muradov
Azmedia.Az


