Mingəçevirdə ağır yol qəzası: Xəsarət alanlar var

Mingəçevirdə ağır yol qəzası:

Mingəçevirdə yol qəzası olub, yaralananlar var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində baş verib.

"Renault" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində iki qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti həkim nəzarətindədir və müvafiq şöbələrdə müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az