Mingəçevirdə avtomobil 15 yaşlı piyadanı vurdu - FOTO
Mingəçevirdə 15 yaşlı piyadanı avtomobil vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Aydın Məmmədov küçəsində baş verib. "Toyota" markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


