Mingəçevirdə avtomobil camışı vurub tələf etdi
Mingəçevirdə avtomobil yolu keçən camışı vuraraq tələf edib.
Azmedia.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə az əvvəl Mingəçevir şəhərinin Gəncə şossesində baş verib.
Yolu keçən iri buynuzlu heyvan avtomobil tərəfindən vurulub. Nəticədə camış tələf olub.Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az


