Mingəçevirdə avtomobil iki piyadanı vurub
Mingəçevirdə ağır yol qəzası nəticəsində iki piyada xəsarət alıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Ford tranzit markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Yaralı piyadalar 19 yaşlı Yelena Yaqubova və Nərmin Muxtarzadədir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


