Mingəçevirdə bədbəxt hadisə: gənc qız binadan yıxılıb
Mingəçevirdə qız binadan yıxılıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə az öncə Nizami küçəsində baş verib. İlkin məlumata əsasən, gənc qız binanın 3-cü mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Yaralı qız dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, binadan yıxılan qızın 2004-cü il təvəllüdlü Səadət Kərimova olduğu bildirilir. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az


