Mingəçevirdə iki avtomobil toqquşdu, biri yaşıllıq zolağına çıxdı

Mingəçevirdə iki avtomobil toqquşdu, biri yaşıllıq zolağına çıxdı

Mingəçevirdə avtomobillər toqquşdu, biri yaşıllıq zolağına daxil oldu.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə az öncə Mingəçevir şəhərində, Heydər Əliyev prospektində baş verib.

Belə ki, “Chevrolet” markalı avtomobil sol yan hissədən “Changan” markalı avtomobilə çırpılıb. Toqquşmanın təsirindən “Changan” idarəetməni itirərək səkiyə qalxıb və yaşıllıq zolağına daxil olub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə, eləcə də avtomobilin çırpıldığı ağaca ziyan dəyib.

Hadisə zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az