Mingəçevirdə kişi kəsici alətlə yaralanaraq xəstəxanaya çatdırılıb

Mingəçevirdə kişi kəsici alətlə yaralanaraq xəstəxanaya çatdırılıb

Mingəçevirdə kişi kəsici alətlə xəsarətlər alıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, bədəninin müxtəlif nayihələrindən kəsik-deşik xəsarətləri alan şəhər sakini Verdiyev Eşqin Qəzənfər oğlu xəstəxanaya çatdırılaraq ora yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi hələki məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Azmedia.Az