Mingəçevirdə yol qəzası: Avtobus piyadanı vurdu
Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində baş verib. 5 saylı marşurut üzrə hərəkət edən avtobus piyada Tağıyev Elşən Arzuman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı piyada xəstəxanaya çatdırılıb. Qeyd edək ki, piyada vaxtilə müxtəlif bölgələrdə prokuror köməkçisi işləmiş keçmiş orqan əməkdaşının oğludur. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
Azmedia.Az


