Mingəçevirdə yol qəzası: Yaralanan var
Mingəçevirdə yol qəzası olub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Səməd Vurğun meydanı ətrafında baş verib. "Opel" və "Vaz 2107" markalı avtomobillərin toqquşması zamanı sürücülərdən biri - 1990-cı il təvəllüdlü Əliyev Azər Yaşar oğlu xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


