Mingəçevirdə yol qəzası baş verdi, xəsarət alan var

Mingəçevirdə yol qəzası baş verdi, xəsarət alan var

Mingəçevirdə yol qəzası oldu, xəsarət alan var.

 Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə M.Maqomayev prospektində baş verib. İlkin məlumata görə, "Toyota Prius" markalı avtomobil 1985-ci il təvəllüdlü Səmədova Gülnar Qüdrət qızının idarə etdiyi, içərisində daha iki qadın sərnişinin olduğu "Changan" markalı avtomobillə toqquşub. Qəza zamanı yaralanan sürücü Gülnar Səmədova xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az