Mingəçevirdə zəncirvari yol qəzası: Bir nəfər yaralanıb
Mingəçevirdə zəncirvari yol qəzası baş verib, yaralanan var
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata əsasən, "Chevrolet", "BMW" və "VAZ-2107" markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-2107"nin sürücüsü Vəli Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


