Motosikleti əks istiqamətdə sürərək yolda təhlükə yaratdı - VİDEO

Motosikleti əks istiqamətdə sürərək yolda təhlükə yaratdı -

Sosial şəbəkələrdə motosiklet sürücüsünün xuliqanlıq hərəkətləri etməsinə dair daha bir görüntü yayılıb.

Azmedia.Az xəbər verir ki, həmin sürücü Bakı şəhəri ərazisində nəqliyyat vasitəsini uzun müddət əks hərəkət zolağı istiqamətində idarə edir və digər hərəkət iştirakçılarına, eləcə də öz həyatına ciddi təhlükə yaradır.

Bakı Şəhər DYP İdarəsindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb:

“Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.