Partlayışda yaralanan həkimin kimliyi məlum oldu – FOTO

Partlayışda yaralanan həkimin kimliyi məlum oldu –

Xəbər verdiyimiz kimi,Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

Xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, yaralanan həkimin kimliyi barədə məlumat əldə edilib.

O, Həkim-radioloq Asif Nəsirlidir. Həkimin vəziyyətinin ağır olduğu və təcili əməliyyat olunduğu bildirilir.

Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışmaqdadır.//oxu24