Qızının dəfnində "TikTok"da canlı yayım açan ata övladının birini "pay verib"? - VİDEO
Sosial şəbəkədə Kamil Cəbrayılovun övladlarından birini "pay verməsi" ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.
Azmedia.Az xəbər verir ki, həmin iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib.
Polis aidiyyəti dövlət qurumları ilə birgə K.Cəbrayılovla profilaktik söhbətlər aparıb və sosial şəbəkə seqmentində bu məzmunda həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin səbəb olacağı nəticələr ona izah edilib.


