“Sabah”ın qarşısına nəhənglər çıxdı: “Barselona”, “Arsenal” və “Mançester Yunayted”lə qarşılaşacaq:VİDEO

“Sabah”ın qarşısına nəhənglər çıxdı:

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində nəhəng rəqiblərlə qarşılaşacaq.

Azmedia.Az xəbər verir ki, Monakoda keçirilən püşkatmanın nəticəsinə əsasən, “Sabah”ın rəqiblərindən biri İspaniyanın “Barselona” klubu olacaq.

Qarşılaşma Bakıda keçiriləcək.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsinin püşkatmasına 4-cü səbətdən qatılıb.

Püşkatmanın nəticəsinə əsasən, “Sabah”ın daha üç rəqibi də müəyyənləşib. Azərbaycan təmsilçisi evdə “Barselona” və “Borussiya” (Dortmund), səfərdə isə “Arsenal” və “Mançester Yunayted”lə qarşılaşacaq.

 2026/27 mövsümündə Liqa mərhələsində 36 klub mübarizə aparır və hər komanda səkkiz fərqli rəqiblə qarşılaşacaq.