Salyanda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi 10 yaşlı uşağın ölümü ilə nəticələnib.
Azmedia.Az-ın məlumatına görə, hadisə bu gün köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata əsasən, "Chevrolet" markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 2016-cı il təvəllüdlü A.A.-nı vurub.
Uşaq aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.


