Şəhanənin qətlində yeni detallar: 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş- VİDEO

Şəhanənin qətlində yeni detallar: 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş-

Sumqayıtın Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatları məlum olub. Həyat yoldaşını qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun keçmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.

Azmedia.Az xəbər verir ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatları məlum olub.

Həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun keçmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.

1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.

Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Əsgər Hüseynov düşmən pusqusuna düşərək üç yerindən ağır yaralanıb.

Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözləri önündə şəhid olan və ermənilər tərəfindən öldüyü düşünülərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.

O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir edib:

“Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum…”

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.