Sezen Aksunun səhhəti ilə bağlı yeni məlumat: Xəstəxanada 3 gün qalıb

Sezen Aksunun səhhəti ilə bağlı yeni məlumat: Xəstəxanada 3 gün qalıb

Türkiyənin məşhur müğənnisi Sezen Aksu ötən həftə İstanbulun Nişantaşı rayonundakı özəl xəstəxanalardan birində müalicə alıb.

Azmedia.Az xəbər verir ki, sənətçinin xəstəxanada olduğu müddətdə biopsiyadan keçdiyi və təxminən üç gün sonra evə buraxıldığı bildirilib.  

Məlumata görə, Sezen Aksunun hazırda səhhəti yaxşıdır və o, evində istirahət edir.

Biopsiyanın hansı səbəbdən aparıldığı və nəticəsinin nə olduğu barədə isə hələlik rəsmi açıqlama verilməyib. Bu səbəbdən sənətçinin səhhəti ilə bağlı hər hansı konkret xəstəlik barədə məlumat təsdiqlənməyib.