Süni intellektlə şəkil və səs yayanlara AĞIR CƏZA: “Əxlaqa zidd əməllərin sayı…” – VİDEO
“Bəzi sosial şəbəkə istifadəçiləri süni intellekt texnologiyalarından istifadə edərək hüquqa və əxlaqa zidd əməllər törədirlər. Təəssüf ki, həmin şəxslərin bəzilərinə elə gəlir ki, bu cür hallarda heç bir hüquqi məsuliyyət daşımayacaqlar”.
Azmedia.Az xəbər verir ki, bu fikirləri sosioloq Üzeyir Şəfiyev yenicag.az-a açıqlamasında deyib.
Sosioloq süni intellekt texnologiyaları və xüsusi proqram təminatları vasitəsilə qanunsuz olaraq foto, video və ya audio materialların hazırlanmasına, eləcə də yayılmasına görə müəyyən edilən yeni cəzalar barədə danışıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


