Binədə xalçalarını geri ala bilməyən vətəndaşlara çağırış edildi- VİDEO
Bakının Binə qəsəbəsində çoxlu sayda xalçanın bir ərazidə qalaqlandığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Xalça yuma şirkətləri tərəfindən aldadıldıqlarını iddia edən şəxslərə öz əşyalarını axtarmaq üçün həmin əraziyə gəlmək tövsiyə olunub.
Azmedia.Az xəbər verir ki, 247press.media-nın yaydığı məlumata görə, görüntülər Binə-Sovxoz adlanan ərazidə çəkilib.
Videonu lentə alan vətəndaş xalça yuma şirkətləri tərəfindən aldadıldıqlarını iddia edən şəxslərə müraciət edərək onları əraziyə gəlməyə və xalçalarını axtarmağa çağırıb.
Onun sözlərinə görə, xalçalarının təmizlənməsi üçün şirkətlərə təhvil verdikləri əşyaları sonradan geri ala bilməyən vətəndaşlar sözügedən əraziyə gələrək öz xalçalarını tapa bilərlər.
///247press.media


