Xalq artisti Rasim Balayev dəfn olundu
Azmedia.Az xəbər verir ki, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Onu dəfnində ailə üzvləri və xeyli sayda tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Rasim Balayev 1948-ci ilin avqustun 8-də Ağsuda doğulub. Aktyor "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə tamaşaçıların yaddaşında silinməz iz buraxıb.
Xalq artisti 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.


