Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batıb
Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batıb
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Yevlax rayonunun Əxşam kəndində həyətlərdən birində baş verib.
İlkin məlumata əsasən, həyətdə oynayarkən müvazinətini itirərək yıxılan 2014-cü il təvəllüdlü kənd sakini Zəhrə Məmmədovanın bədəninə armatur batıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtdakı tibb müəssisələrindən birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


