Yevlaxda yeniyetmə piyadanı maşın vurub
Yevlaxda yol qəzasında yeniyetmə xəsarət alıb.
Azmedia.Az-ın məlumatına görə, hadisə şəhərin Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən piyada 2010-cu il təvəllüdlü Qarayev Sahibi vurub. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


