“28 May”–“Nizami” arasında metro hərəkəti dayandırıldı
Bakıda metro sərnişinləri üçün yeni dəyişiklik qüvvəyə minib.
Azmedia.Az xəbər verir ki, “Bakı Metropoliteni”nin xətlərin ayrılması layihəsi ilə əlaqədar bu gündən — 15 avqustdan “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sərnişinlərin daşınması üçün AYNA tərəfindən 6 ekspres avtobus marşrutu təşkil olunub. Bu xətlər artıq avqustun 14-dən fəaliyyət göstərir:
M1: “Elmlər Akademiyası” – “28 May”
M2: “İnşaatçılar” – “Nizami” – “28 May”
M3: “20 Yanvar” – “Nizami” – “28 May”
M4: “20 Yanvar” – “Koroğlu”
M5: “20 Yanvar” – “Gənclik”
M6: “Elmlər Akademiyası” – “Gənclik”
Bundan əlavə, sərnişin sıxlığının qarşısını almaq üçün 20 müntəzəm avtobus marşrutunda da avtobusların sayı artırılıb.
Sərnişinlər 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlardan istifadə edə bilərlər.


