Yevlaxda zəncirvari qəza: 6 nəfər xəsarət alıb
Yevlax rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Azmedia.Az xəbər verir ki, hadisə rayonun Tanrıqulular kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, “Toyota Prius”, VAZ-2107 və “Kobas” markalı avtomobillərin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya çatdırılıb.
Yaralanan şəxslər bunlardır:
- Rəvan Məhərrəmov – 1998-ci il təvəllüdlü;
- Qətibə Hümbətova – 1966-cı il təvəllüdlü;
- Tərgül İmamquliyeva – 1969-cu il təvəllüdlü;
- Nübar Əkbərova – 1987-ci il təvəllüdlü;
- Rahilə Həsənova – 1962-ci il təvəllüdlü;
- Radə Hümbətova – 1979-cu il təvəllüdlü.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


