“Azərpambıq”da yeni təyinat: baş direktor özünə müşavir təyin etdi – FOTO
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”ində yeni vəzifə təyinatı həyata keçirilib. Azərpambıq Aqrar Sənaye Kompleksi"inin Baş direktoru Fəxri Mehdiyev özünə müşavir təyin edib.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”ində yeni təyinat baş tutub.
Azmedia.Az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.Əmrə əsasən, Afər Mehrabova Əzimova “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin baş direktorunun müşaviri vəzifəsinə təyin olunub.
Məlumata görə, Afər Mehrabova Əzimova bundan əvvəl şirkətdə Satınalma və təchizat zənciri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb.
Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların, o cümlədən pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və digər məhsulların satışı ilə məşğul olur.
“Azərpambıq”ın tərkibində 6 pambıq emalı zavodu fəaliyyət göstərir. Bu zavodlar Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvar rayonlarında yerləşir.
Cəmiyyətin strukturunda, həmçinin 7 pambıq istehsalı və tədarükü məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucar rayonlarında yerləşir.
Bundan başqa, Biləsuvar rayonunda Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.
Şirvan Pambıq Emalı Zavodunda isə texniki çiyiddən yağ emal edən sex mövcuddur.


