Canni İnfantino İlham Əliyevə xüsusi idman köynəyi hədiyyə etdi

Canni İnfantino İlham Əliyevə xüsusi idman köynəyi hədiyyə etdi

FIFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevə idman köynəyi, FIFA U-15 və U-20 dünya çempionatlarının rəsmi topu və vımpelini hədiyyə edib.

FIFA prezidenti Canni İnfantino Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

Azmedia.Az xəbər verir ki, hədiyyələr rəsmi qəbul zamanı təqdim olunub. 

Canni İnfantinonun təqdim etdiyi hədiyyələr arasında idman köynəyi, həmçinin gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatının və 2027-ci ildə təşkil olunacaq FIFA U-20 dünya çempionatının rəsmi topu və vımpeli yer alıb. 

İdman köynəyinin üzərində Azərbaycan Prezidentinin soyadı ilə yanaşı, 2026-cı ili simvolizə edən “26” rəqəmi də qeyd olunub. 

Hədiyyələrin təqdim edilməsi İlham Əliyev və Canni İnfantino arasında keçirilən görüş zamanı baş tutub. Görüşdə Azərbaycanda futbolun inkişafı və FIFA ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.