FIFA prezidenti Canni İnfantino Bakıya gəldi – Azərbaycandakı futbol tədbirinə diqqət

FIFA prezidenti Canni İnfantino Bakıya gəldi – Azərbaycandakı futbol tədbirinə diqqət

FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə əlaqədar Azərbaycana səfər edib.

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

Azmedia.Az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. 

Canni İnfantinonun Azərbaycana səfərinin əsas səbəbi Bakıda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı ilə bağlıdır. 

Məlumata görə, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da təşkil olunacaq. 

Azərbaycan millisi turnirin AF qrupunda yer alıb. Yığmanın qrup mərhələsində Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor komandaları ilə qarşılaşacağı bildirilib.