Tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov vəfat etdi

Tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov vəfat etdi

Azərbaycanın tanınmış iqtisadçı-eksperti, media əməkdaşı Pərviz Heydərov 54 yaşında vəfat edib.

Azərbaycanın tanınmış iqtisadçı-eksperti və media nümayəndəsi Pərviz Heydərov vəfat edib.

Azmedia.Az xəbər verir ki, iqtisadçı-ekspertin vəfatı barədə onun yaxınları məlumat verib. 

Məlumata görə, Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbindən dünyasını dəyişib. 

Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.

O, müxtəlif media qurumlarına müsahibələr verib, həmçinin Oxu.Az saytında dərc olunan məqalələrində ölkə iqtisadiyyatında baş verən prosesləri şərh edib. 

İqtisadçı-ekspertin vəfatı media və iqtisadi ekspert cameəsində itki kimi qiymətləndirilir.

Allah rəhmət eləsin.