“Sabah”ın Çempionlar Liqası oyunlarına paket biletlərlə bağlı SON TARİX AÇIQLANDI

“Sabah”ın Çempionlar Liqası oyunlarına paket biletlərlə bağlı SON TARİX AÇIQLANDI

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarını əhatə edən paket biletlərin satışına oktyabrın 1-də yekun vurulacaq.

Azmedia.Az xəbər verir ki, “Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlamazdan əvvəl paket biletlərin satışını yekunlaşdıracaq. 

Klubun mətbuat xidmətinin məlumatına görə, dörd ev qarşılaşmasını əhatə edən paket biletlərin satışı oktyabrın 1-də saat 12:00-da başa çatacaq.

Bu müddətdən sonra “Sabah”ın hər qarşılaşması üçün fərdi biletlərin satışına başlanılacaq. Fərdi biletlərin satış tarixləri və digər detallarla bağlı məlumatların klub tərəfindən ayrıca açıqlanacağı bildirilib. 

Paket biletlər azarkeşlərə “Sabah”ın UEFA Çempionlar Liqasında “Slaviya” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə keçirəcəyi bütün ev oyunlarını eyni yerdən izləmək imkanı verir.

Klub paket biletlərə marağın gözləntiləri üstələdiyini və dörd qarşılaşmanın hər birinə azarkeş marağının yüksək olduğunu açıqlayıb. 

Beləliklə, “Sabah”ın Çempionlar Liqasındakı bütün ev oyunlarını eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri 1 oktyabr saat 12:00-dək əldə edə bilərlər. Bundan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.