İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib- FOTO

İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib-

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib.

Azmedia.Az xəbər verir ki, görüş sentyabrın 29-da baş tutub. 

Görüş zamanı Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib. 

Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatı və festivalına, eləcə də 2027-ci ildə təşkil olunacaq FIFA U-20 dünya çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. 

İlham Əliyev Azərbaycanın bu beynəlxalq idman tədbirlərində iştirakının əhəmiyyətini vurğulayıb və onların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. 

Canni İnfantino qəbul üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. FIFA rəhbəri Azərbaycanda ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalının əhəmiyyətinə toxunaraq, dünya idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini qeyd edib. 

Görüşdə Azərbaycanda futbolun inkişafı istiqamətində görülən işlər və son dövrlərdə əldə olunan nəticələr də müzakirə olunub.

Tərəflər Azərbaycan ilə FIFA arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının FIFA-nın fəaliyyətinə verdiyi dəstək qeyd edilib. 

Görüşün sonunda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.